İcra başçısının qardaşı oğlu həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısının qardaşı oğlu həbs edildi - FOTO

11:36 - 02 / 11 / 2016
İcra başçısının qardaşı oğlu həbs edildi - FOTO

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlu həbs olunub.

1news.az-ın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib:

“Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərəli şərtlərlə uzun müddətli icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.

Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.

1news.az

Paylaş:
1160

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər