Prezident idi, indi qoyun otarır – FOTO
İranın keşmiş prezidenti Mahmud Əhməd Nejat vəzifədən getdikdən sonra gözə dəymədi.
1news.az-ın Publika-ya istinadən verdiyi xəbərə görə, dünya mediası da maraqlanırdı ki, eks dövlət başçısı hal haızrda nə işlə məşğuldur. Sən demə, Mahmud Əhməd çobanlıq edirmiş.
O, vəzifədən getdikdən sonra, doğma kəndinə qayıdıb, sadə kəndli həyatı yaşayır.
Qeyd edək ki, Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə fikirlər səsləndirilir.
2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz edib.
Prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı olub. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.
Bir qədər müəllim işləməkdən sonra Əhmədinejad özünü siyasətdə sınamaq qərarına gəlir. İran inşaat sektorunda hökmran mövqeyə malik İran İslam İnşaatçılar İttifaqı (Abadgəran) təşkil edir. Abadgəran İranda prezident seçkilərində ilk turda iki namizədlə təmsil olunmuşdu. İran Konstitusiya Qoruyucuları İdarəsinin 1000 namizəd arasından seçdiyi 7 nəfərdən biri olan Əhməd Necat birinci turda ən çox səs (19,48%) toplayan namizəd olaraq ikinci turda Əli Əkbər Həşimi Rəfsəncani ilə təkbətək mübarizə aparmaq hüququ qazanıb. Seçicilərin 59 %-nin iştirak etdiyi ikinci turda 61,69% səs toplayan Əhmədinəjad prezident seçilmişdir. Rəqibləri onu seçkini saxtalaşdırdığını iddia etmişlər.
Xarici siyasətdə ABŞ ilə münasibətlərin olduğu kimi qalmasını və heç bir güzəştə gedilməməsini irəli sürən Əhmədinəjad BMT-ni dəfələrlə fəaliyyətsizlikdə ittiham edib və İranın nüvə proqramını həyata keçirilməsinin labüd olduğunu bildirib. Qıcıqlandırıcı bir tərzə və nitq söyləmək qabiliyyətinə malikdir. Hətta, bir dəfə bir jurnalistin siyasi dustaqların azad edilməsi ilə bağlı verdiyi suala: “Hansı dustaqları? Amerikadakılarımı?” - deyə cavab vermişdi.
Bəzi ölkələrə öz nüvə proqramını inkişaf etdirmək icazəsinin verildiyi halda hansı haqla İranın bu hüquqdan istifadəsinə maneçilik törədildiyi, BMT TŞ-nın beş üzvünün xüsusi hüquqlara sahib olduğunu önə çəkərək nədən müsəlman dövlətlərinin bu hüquqlara sahib ola bilməyəcəyi və nəhayət yəhudi soyqırımından niyə fələstinlilərin təsirləndiyi kimi fikirləri ilə ictimaiyyətin diqqətini qazanıb.
1news.az