Bakı metrosunun iş qrafikinə dəyişiklik edilib
Bu gün Bakı metrosunun iş qrafiki 1 saat uzadılıb.
1news.az-ın məlumatına görə, buna səbəb “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Bakcell Arena”da (8-ci km stadionu) Fransanın “Sent-Etyen” komandasını qəbul etməsidir.
Belə ki, “Qəbələ” – “Sent-Etyen” qarşılaşması saat 22:00-da start götürəcək. Bu səbəbdən də bu gün Bakı metrosu gecə saat 01:00-a kimi işləyəcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sərnişin axını çox olduqda metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyaları 01:00-dan sonra da fəaliyyət göstərə bilər:
“Bununla yanaşı, sərnişin axını az olarsa, metro saat 01:00-dan tez fəaliyyətini dayandıracaq. İstənilən halda, "Bakı Metropoliteni" QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək”.
1news.az