Azərbaycanda bankların sağlamlaşdırılması prosesi təkmilləşdiriləcək
Azərbaycan, bankların sağlamlaşdırılması prosesini tənzimləyən, qanunvericiliyi gücləndirir.
1news.az-ın verdiyi məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) direktorlar şurasının sədri Rüfət Aslanlı jurnalistlərə müsahibəsində bildirib ki, cari qanunvericilikdə “müvəqqəti bank inzibatçısı institutu” adlanan anlayış mövcuddur, lakin müvəqqəti inzibatçı və ləğv edilən bank arasında təmasın aydın tənzimlənməsi göstərilmir.
“Buna görə də, KİV-ləri, biznes-dairələri, həmçinin Milli Məclisin deputatları tez-tez ölkəmizdə niyə bankların konsolidasiya alətlərinin tətbiq olunmaması, onların aktivlərinin, öhdəliklərinin ötürülməməsi sualı maraqlandırır. Biz bu sahədə qanunvericiliyi təkmilləşdirmək niyyətindəyik. Qanuna edilcək dəyişikliklər bir sıra məsələləri nəzərdə tutur: əgər bank vəsait ödəyə bilmirsə, kifayət səviyyədə kapitala malik deyilsə, müvəqqəti inzibatçı hərraclar vasitəsi ilə bankın sağlam aktivlərini və öhdəliklərini digər təşkilatlara satmaq kimi səlahiyyətlər əldə edəcək. Əldə edilən vəsaitləri inzibatçı bankın sağlamlaşdırılması prosesinin maliyyələşdirilməsinə yönəldə biləcək”, - deyə R.Aslanlı qeyd edib.
Onun sözlərinə görə, qanunvericilikdə “keçici bank” (körpü-bank) kimi anlayış yaranacaq.
Məhz bu banka problemli bankın aktivləri və öhdəlikləri ötürüləcək. Öz növbəsində, körpü-bank aktiv və öhdəlikləri investorlara sata biləcək.
“Hal-hazırda biz müvafiq qanun layihəsinin üzərində işləyirik”, - deyə R.Aslanlı əlavə edib.
1news.az