Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə 20 331 müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə 20 331 müraciət daxil olub

15:12 - 04 / 11 / 2016
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə  20 331 müraciət daxil olub

Cari ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub.

1news.az-ın məlumatına görə, müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.

Həmin sorğuların hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən dolğun hüquqi izahatlar verilib. Digər 747 müraciət isə baxılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib, obyektiv şəkildə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Ötən ay 142 və 190 - “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29 faizi sosial təminat, 10,9 faizi əmək qanunvericiliyi, 20,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə,  5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Eləcə də müraciətlərin 6,9 faizi məşğulluğun təminatı, 3 faizi fərdi uçotun təşkili, 8,4 faizi pensiya və müavinətlər, 10,5 faizi məcburi dövlət sosial sığorta, 5,4 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib.

Sosial təminat sahəsində elektron texnologiyalar üzərində vətəndaşlar üçün şəffaf, əlçatan xidmətlərin mövcud olması bu sahə ilə bağlı müraciətlərin sayının oktyabr ayında da 14,8 faiz azalması ilə müşahidə olunub.

Eyni zamanda ötən ay müraciətlərin sayı nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı 31,1 faiz və avtomatlaşdırılmış pensiya təyinatı məsələləri ilə bağlı 49,8 faiz çoxalıb. Bu da nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlərə ictimai marağın artmaqda davam etdiyini göstərir.

1news.az

Paylaş:
548

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər