Şamaxının Mədrəsə kəndində sürüşmə sahəsində təhlükəli vəziyyət yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxının Mədrəsə kəndində sürüşmə sahəsində təhlükəli vəziyyət yaranıb

15:31 - 04 / 11 / 2016
Şamaxının Mədrəsə kəndində sürüşmə sahəsində təhlükəli vəziyyət yaranıb

“20-yə yaxın ev hər an sürüşməyə məruz qala bilər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlərə başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  deyib ki, rayonun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrinə baxış keçirilib.

Sürüşmə sahələrindəki vəziyyətlə bağlı arayışlar hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq.

Ekspedisiya rəisi qeyd edib ki, Mədrəsə kəndində təhlükəli vəziyyət yaranıb: “Mədrəsə kəndində vəziyyət ürəkaçan deyil. Kəndin şimal-şərq hissəsində 20-yə yaxın ev qəzalı vəziyyətdədir. Evlər hər an sürüşməyə məruz qala bilər. Kənddə insanlara paylanmış pay torpaqlarında da çox saylı batmalar baş verib, sürüşmələr davam edir. Ərazidə tektonik çatlarda səth suları çıxır. Həm də kənd ərazisindəki yol çöküb”.

1news.az

Paylaş:
1023

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər