Ödənişlərini Bolkartla Edənlərə E-PUL.az-dan 5 qat Bonus və bütün partnyorlarda +2 ay hədiyyə!
Bank of Baku, Bolkartın 5 yaşı münasibətilə Bolkartlılara sevə-sevə elan etdiyi “Bolkartla Qazan” aylığı çərçivəsində növbəti iki yeni kampaniyaya start verir.
01-07 noyabr 2016-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkartın “3 və 6 aya ödə” partnyorlarında alış-veriş edən müştərilər ödənişlərinə +2 ay HƏDİYYƏ qazanacaqlar. Beləliklə, Bolkartın partnyor şəbəkəsinə daxil olan istənilən mağazada 3 aya etdikləri alış-verişin dəyərini 5 ay ərzində, 6 aylıq alış-verişin xərcini isə hissə-hissə bölüb 8 ay ərzində ödəyə biləcəklər. Kampaniyadan bütün növ Bolkart kredit və Bolkart debet kart sahibləri faydalana bilər.
03-17 noyabr tarixləri arasında ödənişlərini E-PUL.az onlayn ödəniş portalı vasitəsilə həyata keçirən Bolkartlılar etdikləri hər bir ödənişə görə portaldan 5 QAT BONUS qazanacaqlar. E-pul tərəfindən təqdim olunan bu bonusları Bolkartlılar daha sonra istənilən ödənişini həyata keçirə və ya hədiyyəyə dəyişə bilərlər.
E-pul ödəniş portalından istifadə edən Bolkartlılar bank xidmətləri daxil olmaqla, mobil operatorlar və telefon şəbəkələri, internet və TV provayderlər, kommunal və digər xidmətlər üzrə ödənişlərini internet üzərindən komfortlu və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.
“Bolkartla Qazan” aylığı çərçivəsində həyata keçirilən bu və digər kampaniyalar haqqında ətraflı məlumatla həm Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də Bankın və Bolkartın rəsmi internet ünvanlarına daxil olmaqla əldə edə bilərsiniz.
Daha ətraflı: