“Təməl” proqramında ölkənin elmi jurnallarının vəziyyəti müzakirə olunub – VİDEO
Təhsil TV və 1news.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Təməl” proqramının növbəti buraxılışı efir üzü görüb.
Verilişdə Azərbaycanda elmi jurnallar necə nəşr olunur ? Niyə 363 jurnaldan 17-si yararlıdır? Ölkələrin elmi reytinqi necə ölçülür ? Bu və digər elmi və aktual məsələlər müzakirə olunub.
Proqramının budəfəki qonaqları akademik Fikrət Əliyev və professor Kamil Aydazadə ilə geniş müzakirə aparılıb.
Eləcə də verilişdə alimlərin xarici nəşrlərə çıxış imkanları, Azərbaycan alimlərinin əldə etdikləri nailiyyətlərin dünyada yayılması, həmçinin elmi jurnalların Web of Science kimi beynəlxalq platformalara tətbiqi də geniş müzakirə olunub.
792