Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb

15:05 - 05 / 11 / 2016
Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.

1news.az “Report”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.

Yaralıya lazımı tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
927

Son xəbərlər

Bütün xəbərlər