Həftənin ilk günün olan hava proqnozu açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk günün olan hava proqnozu açıqlandı

13:33 - 06 / 11 / 2016
Həftənin ilk günün olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə  9-11° isti, gündüz  13-16° isti, Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah gksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi  yerlərdə duman olacağı, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər