Gəncədə ağır qəza: ata, ana və iki uşağı maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ağır qəza: ata, ana və iki uşağı maşın vurub

14:27 - 06 / 11 / 2016
Gəncədə ağır qəza: ata, ana və iki uşağı maşın vurub

Bu gün Gəncə şəhərində "VAZ 2105" markalı minik avtomobil 4 nəfəri vurub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1990-cı il təvəllüdlü Elxan Binnətov, 1989-cu il təvəllüdlü həyat yoldaşı Aygül Adgözəlova və övladları -  6 yaşlı Validə, 7 yaşlı İsrail ağır xəsarət alıb.

Onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər