Xalq artisti: “Onlar 170 milyon qazanr, biz borclu qalırıq” | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti: “Onlar 170 milyon qazanr, biz borclu qalırıq”

17:43 - 06 / 11 / 2016
Xalq artisti: “Onlar 170 milyon qazanr, biz borclu qalırıq”

“Forbes” jurnalı musiqi dünyasında 2016-cı ildə ən çox qazanan qadınların adlarını açıqlayıb. “İlin ən çox qazanan müğənnisi” 26 yaşlı amerikalı müğənni Taylor Swift olub.

Madonna, Rihanna, Beyons, Cennifer Lopez, Britney Spears kimi məşhurları geridə qoyan müğənni 2016-cı ildə 170 milyon dollar qazanıb. Siyahıda ikinci sırada 80.5 milyonluq qazancla Adel yer alıb. Adeli 76.5 milyonla Madonna, 75 milyonla Rihanna, 54 milyon dollar qazancla da Beyons izləyib.

Bəs, son həftələrini yaşadığımız 2016-cı ildə azərbaycanlı qadın müğənnilər nə qədər qazanc əldə edib? Qazandıqları məbləğ onları qane edirmi?

Musavat.com şou-biznesin tanınmış xanım müğənnilər arasında sorğu keçirib.

1news.az sorğunu təqdim edir:

Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, yerli müğənnilər nə albomdan, nə də konsertdən qazanc əldə edə bilirlər:

“O xanımın 170 milyon qazandığı açıqlanıb. Onu görüb gərək biz ağzımızı açmayaq. Bizim nə konsertdən gəlirimiz var, nə albomdan. Konsert veririk, səhnə dekorasiyası, salonun kirayəsi, musiqiçilər, geyimlər qazanılan məbləğ ilə başa-baş gəlir. Müğənniyə isə konsertdən pul qalmır, bəzən sənətçi konsertdən borcla çıxır. Konsert verəndə qonorar alacağımızı düşünmürük. Dövlətdən aldığımız maaşı sənətimizə xərcləyirik, toylardan qazandığımız pul ilə isə gündəlik xərclərimizi ödəyirik. Səhnə üçün geyim və makiyajı da toydan qazandığımızla edirik. Ona da Vergilər Nazirliyi imkan vermir”.

Müğənni Sevda Sanalıyeva isə hamiləliyinə görə bu il çalışmadığını dilə gətirib:

“2016-cı ildə demək olar ki, işləməmişəm. Çünki ana olmağa hazırlaşırdım. Bu il ərzində demək olar ki, 10 dəfə səhnəyə çıxmışam. Hamiləliyin ilk iki ayı işlədim, sonra hamiləliyim ağır keçdi deyə evdən çıxmadım. Çətin günləri xatırlamaq istəmirəm. Bizim müğənnilərin qazancını xaricilərlə müqayisə etmək düzgün deyil. Biz 170 milyon qazanmırıq. Bizim maddi qazancımız onlarınkının yanında qarışqa kimi qalır”.

Müğənni Aysel Əlizadə bildirib ki, milyonlar qazanmasa da, qazancı onu qane edir:

“Biz balaca ölkədə yaşayırıq, qazancımız da buraya uyğundur. Albomdan, konsertdən, mahnıdan milyonlar qazanmırıq. Amma durumumdan narahat deyiləm. Qazandığım məbləğ məni qane edir. El şənlikləri və mərasimlərə gedirəm. Oradan qazandığım sənətimə sərf olunur. Şükür Allaha ki, dolanışığımdan narazı deyiləm”.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər