Ana bətnindəki dölə qan köçürüldü - Azərbaycanda İLK | 1news.az | Xəbərlər
Cəmiyyət

Ana bətnindəki dölə qan köçürüldü - Azərbaycanda İLK

20:15 - 06 / 11 / 2016
Ana bətnindəki dölə qan köçürüldü - Azərbaycanda İLK

Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən məlumat verilib.

Universitetdən bildirilib ki, bu ilkə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman Dr. Turab Canbaxışov imza atıb.

T.Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib.

Bununla yanaşı dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsnasında yaranır. Bundan başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də deyilib:

“Eyni simptomları biz də müşahidə etdik. Müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik”.

Həkim qeyd edib ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır:

“Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Biz dölə xüsusi qaydada yeni hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındaki hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hazırda dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik”.

1news.az

Paylaş:
486

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər