McDonald’s şirkəti valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aksiyası keçirir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s şirkəti valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aksiyası keçirir – FOTO

15:15 - 07 / 11 / 2016
McDonald’s şirkəti valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aksiyası keçirir – FOTO

Noyabr ayının 1-i bütün McDonald’s restoranlarında “Əl Uzat -  Qəlbini Aç!” xeyriyyə aksiyasına start verildi.

Noyabrın 1-dən 20-dək bütün restoranlarda suvenir olaraq satılan qolbaqlar və böyük Frenç Frayz-ın (yalnız noyabrın 20-də) satışından əldə olunan vəsait Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən  “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat” məktəbinin ehtiyaclarını ödəmək üçün sərf olunacaq.

4 noyabr tarixində McDonald’s Azərbaycan MMC mərkəzi ofisinin işçiləri “Əl Uzat -  Qəlbini Aç!” aksiyasına və işçilərə dəstək olmaq üçün 1 gün ərzində  McDonald’s restoranlarında işlədilər.

McDonald’s Azərbaycan MMC-nin mərkəzi ofisinin bütün heyəti restoranlara gələrək, öz həmkarları ilə birlikdə istehsal prosesinin bütün mərhələlərində çalışdılar.

Qeyd edək ki, dünyaca məşhur McDonald’s şirkəti 1955-ci ildən etibarən daima belə aksiyalar keçirir.

McDonald `s Azərbaycanın İdarəedici Direktoru Maqsud Mirzəyev bu cür aksiyaların bundan sonra da keçiriləcəyini qeyd edib:

“Biz hər zaman öz işçilərimizlə fəxr etmişik və edəcəyik. Böyük qürur hissi ilə deyə bilərəm ki, 1999-cu ildə bizimlə ilk restoranı açan adi işçilərimiz şirkətin qoyduğu təlim proqramlarına uyğun olaraq ölkəmizdə və xaricdə təlimlər keçərək, bu gün şirkətin öndə gedən aparıcı mütəxəssislərinə çevriliblər. Biz bu aksiyanı keçirərək daima restoranlarımıza dəstək olduğumuzu nümayiş edirik, həmçinin, korporasiyanın banisi Rey Krokun “Balaca uşaqların böyük problemi olmamalıdır!” 1955-ci ildə yaratdığı  Ronald Makdonaldın Ümumdünya Xeyriyyə Fondunun şüarında səslənən fəlsəfəni davam etdiririk.

Hal-hazırda şirkətimizdə 800-dən çox əməkdaş çalışır və öz karyeralarını uğurla davam etdirirlər. Şirkətin inkişaf planına uyğun olaraq üzümüzə gələn il ərzində biz işcilərimizin sayını 1200 nəfərə çatdırmağı planlaşdırırıq”.

Reklam hüququnda

Paylaş:
655

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər