Kanalizasiya xətləri çöküntü və lillərdən təmizlənir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kanalizasiya xətləri çöküntü və lillərdən təmizlənir – FOTO

18:00 - 07 / 11 / 2016
Kanalizasiya xətləri çöküntü və lillərdən təmizlənir – FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlər həyata keçirir.

Cəmiyyətdən 1news.az-a verilən məlumata görə, payız  mövsümündə intensiv yağıntılarla əlaqədar kanalizasiya və yağış suları infrastrukturunun yüklənməsi bu sahəyə diqqəti artırıb. 

Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

İntensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində  80 km kanalizasiya xətləri yuyulub, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.

2016-cı ilin 9 ayı ərzində “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən 560 km kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb.

Təmizlənmiş xətlərin 415 km-i Abşeron yarımadasının, 145 km-i isə regionların payına düşür.

Məlumata görə, son dövrlər kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib.

Payız-qış mövsümündə intensiv yağıntılar nəzərə alınaraq  xidmət bölmələri tərəfindən kanalizasiya infrastrukturunda profilaktik işlər davam etdirilir. Bakı şəhərində bu işlər əsasən gecə saatlarında, nəqliyyatın  intensiv olmadığı vaxtlarda həyata keçirilir.

1news.az

Paylaş:
717

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər