Bakıda klinika sahibinin 30 minlik brilliantı oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda klinika sahibinin 30 minlik brilliantı oğurlandı

19:43 - 07 / 11 / 2016
Bakıda klinika sahibinin 30 minlik brilliantı oğurlandı

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

1news.az-ın Report-a istinadən xəbərinə görə, 1955-ci il təvəllüdlü Leyla Fərruxovna Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilliant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər