InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | 1news.az | Xəbərlər
İqtisadiyyat

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

11:15 - 07 / 11 / 2016
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə FED-in faiz qərarını artırmaması avronun dollara nisbətən qiymətinin daha da bahalaşmasına səbəb olub. Artıq önəmli səviyyələrə kimi bahalaşan EUR/USD məzənnəsi cari həftənin çərşənbə axşamı ABŞ-da baş tutacaq prezident seçkiləri fonunda hərəkətsizdir və 1.1140$ ətrafında ticarət edilir. Növbəti istiqamətin müəyyənləşdirilməsi üçün prezident seçkilərinin nəticələrini gözləmək önəmlidir.

GBP

GBP/USD cütlüyünün məzənnəsi keçən həftə Böyük Britaniya Mərkəzi Bankının mətbuat konfransından sonra sürətlə bahalaşmağa başlayıb. InvestAZ analitiklərinin təhlilləri onu göstərir ki, artıq 1.2556$-a kimi dəyər qazanan funt sterlinqin qiyməti əlavə olaraq 1.2599 və 1.2653$-a kimi də bahalaşa bilər.

TRY

Dolların Türk lirəsinə nisbətən qiyməti tarixi rekord səviyyəsini yenidən 3.1737TL ilə yeniləyib. InvestAZ analitiklərinin fikrincə, qiymət gələn həftə ərzində 3.1787TL və 3.2182TL-ə kimi də dəyər qazana bilər.

OIL

Dünya əmtəə bazarlarında neft təklifinin yenidən qismən artması enerji bazarlarında qiymətlərə təzyiq olmağa başlayıb. Lakin qiymətlərin 45$-a kimi ucuzlaşması müvəqqəti qiymətləndirilir və tələbatın artması ilə gələcək həftələr ərzində 52$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

GOLD

Dünya qiymətli metallar birjalarında qızılın qiyməti bahalaşmaqda davam edir. 1308$-dək (41.9$/qram) bahalaşan qızılın bir unsiya üzrə qiyməti 1314$-a (42.1$/qram) kimi də bahalaşa biləcəyi gözlənilir.

“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 “Invest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz

Paylaş:
669

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər