Dünya Bankı ilə Azərbaycanda banklara nəzarət sahəsindəki islahatlar müzakirə olundu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya Bankı ilə Azərbaycanda banklara nəzarət sahəsindəki islahatlar müzakirə olundu

11:32 - 07 / 11 / 2016
Dünya Bankı ilə Azərbaycanda banklara nəzarət sahəsindəki islahatlar müzakirə olundu

Dünya Bankının (DB) təmsilçiləri ilə növbəti müzakirələrin predmeti bank nəzarəti sahəsində islahatların keçirilməsi ilə bağlı fəaliyyət planı, xüsusi ilə, işləməyən kreditlər probleminin həlli, həmçinin Azərbaycan banklarında yatırımların sığortalanması olub.

1news.az-ın verdiyi məlumata əsasən, müzakirələr Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə DB-nın Cənubi Qafqazda maliyyə sektoru üzrə mütəxəssisi Anjela Priqojinanın görüşü çərçivəsində baş tutub.

MBNP-nın paylaşdığı məlumatda, görüş əsnasında hüquqi tənzimləmə və maliyyə sabitliyi məsələlərinə nəzarət ilə bağlı islahatlar çərçivəsində maliyyə sabitliyi və fəaliyyət planının təminatı geniş müzakirə olunub.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər