Taleh Kazımov: Mərkəzi Bank 2027-ci ildə də məzənnə sabitliyini qoruyacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taleh Kazımov: Mərkəzi Bank 2027-ci ildə də məzənnə sabitliyini qoruyacaq

1news Redaksiyası13:43 - Bu gün
Taleh Kazımov: Mərkəzi Bank 2027-ci ildə də məzənnə sabitliyini qoruyacaq

2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaqdır. Qiymət sabitliyibalanslaşdırılmış və dayanıqlı iqtisadi artım üçün bundan sonra da zəmin yaradacaqdır.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, növbəti ildə də pul siyasətimövcud rejim çərçivəsində həyata keçiriləcəkdir. Məzənnə sabitliyi 2027-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək:

"Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı növbəti ildə də dəstəkləyəcəkdir.

2027-cı ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin köməkçi əməliyyat hədəfi olaraq istifadə olunacaqdır. Pul bazarındakı qısamüddətli faizin faiz dəhlizi daxilində hərəkət etməsi üçün mövcud alətlərdən adekvat və çevik istifadə ediləcəkdir".

T. Kazımov vurğulayıb ki, pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək:

"Pul siyasətinin makroprudensial siyasət və Mərkəzi Bankın digər siyasət istiqamətləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi növbəti ildə də diqqətdə saxlanılacaq. Maliyyə sektorunun dərinləşməsi və maliyyə sabitliyinin möhkəmlənməsi pul siyasətinin ötürücülüyünə müsbət təsir göstərəcəkdir".

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər