“Nar bayramı”nı ikiqat bayram edən şirkət – Gazelli Group – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar bayramı”nı ikiqat bayram edən şirkət – Gazelli Group – FOTO – VİDEO

14:20 - 08 / 11 / 2016
“Nar bayramı”nı ikiqat bayram edən şirkət – Gazelli Group – FOTO – VİDEO

Şirkətin stendi tədbirin ən populyar stendlərindən idi. 

Onların qarşısında hər tərəfdə nar şirələri, yüzlərlə kiloqram nar, mahnılar, əyləncələr... və birdən, Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan Gazelli Group-un stendi, üzərində isə şampun, saç balzamı, duş geli və maye sabun...

Məlum məsələdir ki, hamını bir sual maraqlandırıb.  Bu məhsulların “Nar bayramı”na nə aidiyyəti var? Xeyr. Bu səhv deyil, çünki bu bayramda şirkətin təmsil olunduğu Buta brendinin məhsullarının hazırlanmasında məhz nar ekstraktından istifadə edilir.

Gazelli Group-un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, Gazelli Group-un Buta brendi ilə yanaşı istehsal etdiyi 500-dən çox kosmetik vasitələrinin resepturası şirkətin elmi-sınaq laboratoriyasında hazırlanır. 17 ildir fəaliyyət göstərən və 250-dən çox insanın çalışdığı Gazelli Group 12 000 kvadratmetr ərazisi olan fabrikə malikdir. İstehsal olunmuş məhsulların keyfiyyəti isə beynəlxalq standartlara tam uyğundur. Gazelli Group Cənubi Qafqazda yeganə, dünyada isə nadir şirkətlərdəndir ki, GMP sertifikatı alıb, hər bir məhsulunun isə Avropa və Halal sertifikatları var.

Məhsullarını “Made in Azerbaycan” konsepsiyası ilə satışa çıxardan Gazelli Group-un stendləri tədbirin bəzəyi oldu. Səhər saat 11-dən, ta bayram qurtaranadək stendin qarşısında izdiham yaşanıb. Gazelli Group “Nar bayramı”nda minlərlə insanı birləşdirən yeni ənənəni də dəbə salıb. Bu simvolik nar, tədbirin əvvəlində hələ “yetişməmiş” idi. Lakin arzusu olan hər kəs, nar dənələrini simvolizə edən qırmızı lentləri bağlayaraq, yerli istehsala bu şəkildə dəstək vermiş oldular. Beləliklə, tədbirin ən populyar atributlarından olan nar  bayramın sonuna yaxın artıq “yetişmişdi”. Yerli istehsala dəstək verənlər arasında körpə uşaqlardan tutmuş, böyüklərə qədər hər kəs, o cümlədən Göyçay icra başçısı Mehdi Səlimzadə, millət vəkilləri və xarici ölkələrin ölkəmizdə akreditasiya olunmuş səfirləri də var idi. Gazelli Group bundan sonra da “münasib qiymət, yüksən keyfiyyət” prinsipinə sadiq qalacaq və müştərilərini sevindirməkdə davam edəcək.

Reklam hüququnda

Paylaş:
928

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər