“London taksisi” yolu keçən piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“London taksisi” yolu keçən piyadanı vuraraq öldürüb

14:45 - 08 / 11 / 2016
“London taksisi” yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, noyabrın 7-də saat 19:00 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər