ABŞ-da keçirilən festivalda iştirakçılara Azərbaycan haqqında məlumat verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da keçirilən festivalda iştirakçılara Azərbaycan haqqında məlumat verilib – FOTO

17:54 - 08 / 11 / 2016
ABŞ-da keçirilən festivalda iştirakçılara Azərbaycan haqqında məlumat verilib – FOTO

Azərbaycanlı tələbələr ABŞ-ın Texas ştatında keçirilən “Brazos Vallery World” festivalında iştirak ediblər.

1news.az-ın məlumatına görə, hər il ənənəvi olaraq keçirilən festival Texas ştatında yaşayan xalqların milli-mədəni irsini qorumaq və təbliğ etmək məqsədi daşıyır.

Yüzlərlə tələbənin qatıldığı sərgidə Azərbaycanı Texas A&M Universitetinin Azərbaycan Tələbələr Assosiasiyasının sədri Nurlan Muradlı, təşkilatın üzvləri Abbas Səməndərov, Çimnaz Nadirli, Samir Hüseynov təmsil ediblər.

Tələbələr tərəfindən Azərbaycanın gözəl guşələrini əks etdirən şəkillər, milli geyimlər, broşürlər nümayiş olunub. Həmçinin, qonaqlara  Azərbaycanın mədəni-tarixi abidələri, musiqisi və zəngin mətbəxi haqqında informasiyalar təqdim edilib.

Tələbələrin stendi ziyarətçilər  tərəfindən maraqla qarşılanıb.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər