Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu – FOTO

11:45 - 08 / 11 / 2016
Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu – FOTO

Bakı Ali Neft Məktəbində  (BANM) 9 Noyabr  - Bayraq Günü münasibətilə BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə, Ali Məktəbin bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olundu.

1news.az-a BANM-ın mətbuat xidmətindən verilən xəbərə görə, ali məktəbin binasının üzərində Azərbaycan bayraqları asılıb.

Dərslərdə professor-müəllim heyəti  tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər