Dayə işlədiyi evdən 80 min manat dəyərində qızıl əşya oğurlayıb
Bakıdakı mənzillərin birindən külli miqdarda qızıl-zinət əşyası oğurlanıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb.
Əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.
1news.az
833