Meteoroloqlar: Gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlar: Gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

14:34 - 10 / 11 / 2016
Meteoroloqlar: Gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 11-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 

1news.az

 

Paylaş:
464

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər