İnhisarların aradan qaldırılması Avropa İttifaqının marağındadır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İnhisarların aradan qaldırılması Avropa İttifaqının marağındadır – FOTO

16:24 - 10 / 11 / 2016
İnhisarların aradan qaldırılması Avropa İttifaqının marağındadır – FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət” mövzusunda təlim keçirilib.

1news.az-a Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, Avropa İttifaqının TAIEX proqramının Azərbaycanda missiyada olan ekspertləri Filip Brusik və Valentin Derevyankinin, İİTKM-nin konsaltinq və treyninq üzrə koordinatoru Kamil Ələsgərlinin təşkilatçılığı ilə keçirdiyi təlimdə sağlam rəqabətin təmin edilməsi və inhisarların aradan qaldırılması sahəsində dünya,  xüsusilə də Avropa İttifaqının təcrübəsini bölüşüb, bu sahədə Azərbaycanda mövcud qanunvericilik, institutsional struktur və rəqabət siyasətinə edilə biləcək əlavə və dəyişikliklər haqqında müzakirə aparıblar.

Kamil Ələsgərli bildirib ki, sağlam rəqabətə mane olan rəsmi və qeyri-rəsmi anlaşmalar,  üfüqi və şaquli müqavilələr, hər hansı iri bazar iştirakçısının öz mövqeyini ədalətsiz şəkildə istifadə etməsi, inhisarlar yaradılması məqsədilə müəssisələrin birləşməsi, eyni zamanda bu hallara dünyada və Avropa İttifaqında geniş yayılmış mübarizə metodları xüsusi müzakirə mövzusudur.

Qeyd edək ki, Avropa İttifaqının ilk 2 həftəlik missiyasının Azərbaycandakı rəsmi tərəfdaşı İİTKM-dir. Ümumilikdə 3 missiyanın olması planlaşdırılıb və missiyaların yekununda hazırlanacaq tövsiyyələr Azərbaycan hökümətinə təqdim olunacaqdır.

1news.az

Paylaş:
643

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər