BP Xəzərdə meyiti tapılan şəxsin bir neçə gün əvvəl itkin düşmüş neftçi olduğunu təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

BP Xəzərdə meyiti tapılan şəxsin bir neçə gün əvvəl itkin düşmüş neftçi olduğunu təsdiqləyib

15:22 - 11 / 11 / 2016
BP Xəzərdə meyiti tapılan şəxsin bir neçə gün əvvəl itkin düşmüş neftçi olduğunu təsdiqləyib

Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən çıxarılmış meyitin "KCA Deutag" şirkətinin əməkdaşı olduğu təsdiqlənib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat verilib.

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur", - deyə məlumatda bildirilir.

Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev "KCA Deutag" şirkətinin əməkdaşıdır.

Qeyd edək ki, noyabrın 8-də Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır:

"BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".

1news.az

Paylaş:
501

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər