İlham Əliyev Livanın yeni prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Livanın yeni prezidentini təbrik edib

18:47 - 11 / 11 / 2016
İlham Əliyev Livanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər