Qubada ikimərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada ikimərtəbəli evdə yanğın olub

09:28 - 11 / 11 / 2016
Qubada ikimərtəbəli evdə yanğın olub

Qubada yerləşən evlərdən birində güclü yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Quba rayonu, Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər