Uşaq bağçası olan binada yanğın olub
Beyləqan rayonunuda ikimərtəbəli uşaq bağçasının yerləşdiyi binada yanğın olub.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 m2 olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Fizuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 m2 olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində bağça binası yanğından mühafizə olunub.
1news.az
934