Bakının mərkəzində oteldə yanğın | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində oteldə yanğın

18:49 - 13 / 11 / 2016
Bakının mərkəzində oteldə yanğın

Paytaxtın Xətai rayonunda yerləşən otellərdən birində yanğın hadisəsi baş verib.

1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər