Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir

12:24 - 13 / 11 / 2016
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

1news.az nazirliyə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edəcək, mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.

1news.az

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər