Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyası yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

14:16 - 14 / 11 / 2016
Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

Prezident İlham Əliyev Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranmışdır.

Göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

2. Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırsın, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirsin, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

1news.az

Paylaş:
565

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər