İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

11:22 - 14 / 11 / 2016
İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladı.

Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirdi.

Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlətimizin başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirdi. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlətimizin başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirdi. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd etdi.

Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd etdi. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğuladı.

Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulandı, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edildi.

1news.az

Paylaş:
726

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər