Fransanın “L’Etincelle” jurnalında dərc olunan məqalədə multikulturalizmin Azərbaycan modelindən bəhs edilir | 1news.az | Xəbərlər
Siyasət

Fransanın “L’Etincelle” jurnalında dərc olunan məqalədə multikulturalizmin Azərbaycan modelindən bəhs edilir

18:42 - 15 / 11 / 2016
Fransanın “L’Etincelle” jurnalında dərc olunan məqalədə multikulturalizmin Azərbaycan modelindən bəhs edilir

Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyasının sədri Jan-Pyer Allalinin Azərbaycanın yəhudi icmasına həsr etdiyi iki hissədən ibarət məqaləsi “L’Etincelle” (“Qığılcım”) jurnalında dərc edilib.

Müəllif Azərbaycanda əsrlərdən bəri möhtəşəm tolerantlıq və multikulturalizm modeli qurulduğunu yazır. O, Azərbaycanın coğrafi cəhətdən tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayır.

Məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.

Müəllif Azərbaycanda yəhudilər, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlar, qrızlar kimi etnik qrupların məskunlaşdıqlarını vurğulayır. Bu etnik qrupların öz mədəniyyətlərini, dillərini, adət-ənənələrini qoruyub saxladıqları diqqətə çatdırılır. Bunun məişətdə, incəsənətdə, mətbəxdə və müxtəlif mərasimlərdə özünü göstərdiyi bildirilir.

Müəllif yəhudilərin Azərbaycanda əsrlərdən bəri yaşadıqlarını vurğulayır və onların ölkəmizdə məskunlaşma tarixindən bəhs edir.

Yəhudilərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan söz açan müəllif ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sovetlər tərəfindən milliləşdirilmiş üç sinaqoqun və yəhudi kollecinin yəhudi icmasının ixtiyarına verildiyini xatırladır. Jan-Pyer Allali yazır ki, 1993-cü ildə İsrail və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından sonra hər iki ölkə möhkəm ikitərəfli münasibəti qoruyub. Məqalədə Azərbaycan və İsrail arasında əməkdaşlığın dərin köklərinin olduğu, yəhudilərin Azərbaycanın elm, mədəniyyət, səhiyyə, iqtisadiyyat sahələrinin inkişafına töhfə verdiyi bildirilir. Hazırda Azərbaycanda ivrit dilinin kollec və universitetlərdə tədris edildiyi, 2014-cü ildə Bakıda İsrailin Hayfa Universiteti və Azərbaycan Dillər Universiteti arasında saziş imzalandığı diqqətə çatdırılır.

Məqalədə beynəlxalq məsələlər üzrə tanınmış ekspert Arye Qutun “Azərbaycanda heç vaxt antisemitizm olmayıb” fikri də yer alıb.

Müəllif son illər ərzində Avropadakı plüralist cəmiyyətlərdə dözümsüzlük, etnik və dini ekstremizmin artmasının məsul şəxsləri bu sahədə müəyyən ölçülər götürməyə vadar etdiyini, insanların köklərinə, milli kimliyinə və dini mənsubiyyətinə görə hədəf alınmasının adi hala çevrildiyini qeyd edir. O, yazır: “Biz dini tolerantlıq və müxtəlif dinlərdən olan insanların sülh içərisində yaşayışı haqqında düşündükdə adətən Kanada, Avstraliya və yaxud İsveçrə kimi böyük dini müxtəlifliyin mövcud olduğu və dini qruplar arasında gərginliklərin qarşısını alan vətəndaş hüquqlarının yüksək səviyyədə qorunduğu zəngin və inkişaf etmiş ölkələrə nəzər yetiririk. Lakin siz Azərbaycana səfər etsəniz görəcəksiniz ki, bura müxtəlif etnos və dinlərin evidir və Şərqlə Qərb arasındakı körpüdür, qısaca olaraq multikulturalizm diyarıdır”.

Jan-Pyer Allali 2014-cü ildə Sərhədsiz İnsan Hüquqları təşkilatı tərəfindən Avropa Parlamentinə təqdim edilən “Azərbaycan – etnik müxtəliflik, dinc yaşayış və dövlət idarəçiliyi” adlı məlumatı xatırladır. O, Azərbaycanı müsəlmanların üstünlük təşkil etdiyi, ekstremizmə qarşı olan, dini dəyərlərin qorunması və inkişafı üçün tam dəstək verən dünyəvi dövlət nümunəsi adlandırır. Vurğulayır ki, Azərbaycandakı milli azlıqların milli və mədəni hüquqlarının, dini dəyərlərinin qorunması dövlət siyasətinin tərkib hissələrindən biridir. Ölkədə diskriminasiyaya məruz qalan etnik və ya dini azlıq mövcud deyil.

Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Azərbaycan hökuməti multikulturalizmi təbliğ etmək üçün bütün lazımi tədbirləri görüb.

Müəllif, həmçinin son illərdə Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayır.

AZƏRTAC

Paylaş:
652

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər