Hərbi qulluqçumuz şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Hərbi qulluqçumuz şəhid olub

20:38 - 15 / 11 / 2016
Hərbi qulluqçumuz şəhid olub

Noyabrın 15-də xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

1news.az

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər