Bakıda Dünya Xəbər Agentlikləri V Konqresinin son Şura iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Dünya Xəbər Agentlikləri V Konqresinin son Şura iclası keçirilib

22:01 - 15 / 11 / 2016
Bakıda Dünya Xəbər Agentlikləri V Konqresinin son Şura iclası keçirilib

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin noyabrın 15-də son Şura iclası olub.

İclasda Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, ABŞ-ın Associated Press, Küveytin KUNA, İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, eyni zamanda, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibləri iştirak ediblər.

İclasda çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövləti bu Konqresə media sahəsində əhəmiyyətli hadisə kimi diqqət ayırıb. Heydər Əliyev Fondu V Konqresin keçirilməsində təşkilati məsələlərə böyük dəstək verib.

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn və Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal V Konqresə hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, Bakının gözəlliyinə heyran qaldıqlarını vurğulayıblar.

Sonra Dünya Xəbər Agentliklərinin V Konqresinin gündəliyi, müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasdan sonra Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasının iştirakçıları üçün ziyafət verilib.

AZƏRTAC

Paylaş:
806

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər