Bakıda “Turana yolcu edilen eğitim sevdalıları” kitabının təqdimatı keçirildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Turana yolcu edilen eğitim sevdalıları” kitabının təqdimatı keçirildi – FOTO

11:11 - 15 / 11 / 2016
Bakıda “Turana yolcu edilen eğitim sevdalıları” kitabının təqdimatı keçirildi – FOTO

Noyabrın 13-ü Bakıda müəllifi gənc tədqiqatçı olan Elnurə Rzayeva olan “Turana yolcu edilen eğitim sevdalıları” kitabının təqdimatı keçirilib.

1news.az-ın verdiyi məlumata əsasən, təqdimat mərasimində bir sıra ziyalılar, müəllimlər, KİV-nümayəndələri və mövzu ilə maraqlnanan digər insanlar iştirak ediblər.

Təqdimat çərçivəsində ilk növbədə kitabın müəllifi E.Rzayeva və kitabın ərsəyə gəlməsində əməyi olan türkolog, filologiya elmləri doktoru, professorMinəxanım Təkləli, həmçinin yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu və Xarici Dillər Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının doktorantı Gülşanə Xudiyeva çıxış etdilər.

Daha sonra müəllifə kitabı və gələcək fəaliyyəti barədə suallar verilib.

Suallar cavablandırılandan sonra tədbir kitabların imzalanması və iştirakçılara dağıdılması ilə keçib.

Sonda isə xatirə şəkili çəkilib.

Kitabda Azərbaycanın maarifləndirilməsində rol oynamış türkiyəli cədidlərin fəaliyyətindən bəhs edilir.

Qeyd edək ki, E.Rzayevanın ərsəyə gətirdiyi kitabda, Azərbaycanın demokratik ruhlu ziyalılarının təşəbbüsü və səyi ilə Türkiyədən yerli məktəblərdə işləmək üçün müəllimlər dəvət edilməsi haqqında danışılır.

Bu müəllimlər arasında Mehmet Cövdət bəy, Ömər Faiq Numanzadə, Əhməd Kamal, Xeyrəddin bəy, Akif bəy, Savat Cavat, Şövkət Sürəyya Aydəmir kimi ziyalıların adları keçir.

Bu cədidlər Azərbaycanda tezliklə bir maarif məşəli timsalında parlaq işıqlı simalara döndülər.

1news.az

Paylaş:
788

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər