Mübariz Əhmədoğlu: Ermənilər Dağlıq Qarabağın adını guya konstitusiya ilə “Artsax”a dəyişməklə böyük yalanlar seriyasını davam etdirdilər
Ermənistanın Dağlıq Qarabağın adını “Artsax”la dəyişməsi gözlənilən idi və bir neçə motivasiyası var. Ermənilərın Dağlıq Qarabağ siyasəti böyük yalanlar üzərində qurulub. Son zamanlar Ermənistanın böyük yalan resursu tükənirdi. Ona görə, Dağlıq Qarabağın adını guya konstitusiya ilə “Artsax” dəyişməklə böyük yalanlar seriyasını davam etdirdilər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağın adını “Artsax”a dəyişdirilməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib:
Addəyişmədə vacib məsələlərdən biri İran və Gürcüstanı aldatmaqdır. Çünki İran və Gürcüstan ola bilər İran qazını Ermənistana oradan da Dağlıq Qarabağa nəql olunmasında Ermənistana kömək edə bilər. Amma ortalığa yalançı bir modul qoyulmalıdır ki, ən azı İran və Gürcüstan cəmi bir addım atsın. Sonradan İran və Gürcüstan səhv etdiklərini etiraf edəcəklər və müqaviləni pozacaqlar. Bu vəziyyətə təsir etməyəcək. İrandan Ermənistan qaz tranziti cəmi bir dəfəyə nəzərdə tutulub və cəmi 40 milyon m3 həcmində qaz nəql ediləcək. 40 milyon m3 bir il müddətinə Dağlıq Qarabağı qazla təmin edəcək.
Hal-hazırda yaxınlarda Ermənistan yenidən pul dilənməyə başlayacaq. Ənənəvi telemarafonun vaxtıdır. Ermənilər telemarafon iştirakçılarından daha çox pul gözləyirlər. Ona görə özlərinin qətiyyətini və guya konkretliliyini diaspor ermənilərinə nümayiş etdirməkdən ötrü belə addım atırlar.
Beynəlxalq ictimaiyyətin tanımadğı, heç bir hüquqi statusu olmayan, adi kağız parcası olan Dağlıq Qarabağın “konstitusiyasının” 2006-ci ildə 2/3 səs çoxluğu ilə qəbul edilməsi ermənilərin kifayət qədər ciddi səhvi idi. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı ilə hüquqi statusunun müəyyən olunması ilə bağlı məsələ gündəlikdədir. Bu rəy sorğusu və yaxud referendum vasitəsilə müəyyən olunacaqdır. Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlıların say nisbəti 60-40% nisbətidir.
Beləliklə, erməni və azərbaycanlı icmaları referenduma birlikdə gedəcəklərsə o zaman Dağlıq Qarabağ ermənilərinin 2/3 faizi toplamağa səsi çatmır. Həm də ermənilər bir-birindən şübhələnirlər. Qarabağ klanın fikrincə, referendum keçiriləcəyi təqdirdə bir qrup Dağlıq Qarabağ ermənisi bəlkə də əksər Dağlıq Qarabağ ermənisi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasına səs verə bilər. Ona görə yeni bir konstitusiya proseduru keçirməklə səsvermənin kvorumunu 50%+1-dək salmaq istəyirlər. Bununla da ermənilərin fikrincə, elə 1-ci referendumda Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağın müstəqilliyinə səs verəcəklər və beləliklə “Artsax” müstəqil olacaqdır. Amma indiki 2/3% səs çoxluğu ilə qərar qəbul ediləcəyi təqdirdə isə bir referendumla məsələni həll etmək mümkün deyil. İki-üç referendum lazım olacaq. Təxminən bu 20 il müddətinə çəkə bilər. O zaman artıq ermənilərin Azərbaycanın tərkibinə keçməklə bağlı qərar verəcəyi şəksizdir. Ona görə kvorumunun azaldılması addəyişmə məsələsində aktual məsələlərdən biridir.
Ad dəyişdirməklə etiraf edirlər ki, Dağlıq Qarabağın onlara heç bir aidiyyatı yoxdur. 1805-ci ildə Kürəkçay, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrində "Qarabağ" sözü işlədilib. Bundan qabaqkı bütün mənbələrdə də bu ərazilər "Qarabağ" adlandırılıb. Bütün dünya ictimaiyyəti də bu bölgəni "Dağlıq Qarabağ" kimi tanıyır və qəbul edir".
Ermənilər etiraf edirlər 25 il ərzində Dağlıq Qarabağın müstəqilliyinin tanıda bilmədilər. Bu yolda xərclənən siyasi, diplomatik və maliyyə resursları mənasız itkidir.
“Dağlıq Qarabağ” toponimini “Artsax” ifadəsi ilə əvəzləmək ermənilərin, xüsusilə Dağlıq Qarabağ ermənilətinin Rusiyanın rolunu inkar etmək siyasətinin tərkib hissəsidir.
Ən azı 3 səbəbə görə ermənilər beynəlxalq ictimaiyyət aldada bilməyəcəklər. Ermənistanın diplomatik korpusu zəifdir. 57 ölkədə səfirlik-nümayəndəliyi fəaliyyət göstərir. Bu dövlətlərdən 25-ində Ermənistanın rəsmi nümayəndəliyi cəmi iki, təxminən 15-də isə üç adamdan ibarətdir. Ermənistan dövləti ilə erməni diasporu arasında narazılıqlar çox güclüdür. Azərbaycan diplomatiyası güclüdür.
“İskəndər” RF-in Ermənistana qoğalı, Dağlıq Qarabağa qazın nəqlinin dayandırılması qamçısıdır.
“Qazprom”un sədri Aleksey Miller Yerevanda olarkən ən prioritet müzakirə mövzusundan biri Ermənistanın əsas qazpaylama sxemi və qışda qazla təchizatı məsələsi olub. Qazpaylama sxemini “Qazprom” hazırlayıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən öhdəlik götürüb ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkib hissəsi deyil. Rusiyanın Ermənistan Respublikasını beynəlxalq aləmdə tanınmış sərhədləri, ona məxsus 29, 7 min km2 ərazinin daxilində hüdudlanmasına dair bir neçə cəhdlər edib.
Rusiya qazını Azərbaycanla heç bir müqavilə imzalamadan Dağlıq Qarabağa nəql etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hörmətsizlikdir. Dağlıq Qarabağa qaz nəqlinin yeganə yolu Rusiyanın və ya Ermənistanın bu məsələni Azərbaycanla hüquqi cəhətdən rəsmiləşdirməsidir. Bu isə Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olduqdan sonra mümkündür. Ona görə Rusiya ilk addım olaraq öz qazını Dağlıq Qarabağa nəqlini dayandırmaq kursu götürüb.
Ermənistan rəhbərliyinin verdiyi reaksiya da göstərdi ki, Ermənistan respublikası üzrə “Qazprom”un hazırladığı baş qazpaylama sxemi Rusiya qazını Dağlıq Qarabağa nəqlini dayandıracaq. Ona görə də Ermənistan təcili olaraq İrana üz tutdu. Ermənilərin İran qazını da Dağlıq Qarabağa nəql edə bilməyəcəyi çox ehtimal olunandır.
Amma burada məsələnin diqqət çəkən digər tərəfi var ki, bir az bundan qabaq Ermənistan RF-dən “İskəndər” almışdı. Belə görünür ki, Ermənistan Rusiyanı aldadaraq “İskəndəri” əldə edə bilib. Əgər Rusiya “İskəndəri” Ermənistana bilərəkdən, şüurlu şəkildə veribsə onda bu Rusiyanın Ermənistana doğru “qamçı və qoğal” siyasətinin tərkib hissəsidir; “İskəndəri” verməklə Rusiya Ermənistana qoğal təklif etdisə, “Qazprom” vasitəsilə Dağlıq Qarabağa qazın nəqlinin dayandırılması isə bu artıq qamçıdır.
“İskəndəri” alan Ermənistan indi Dağlıq Qarabağa qazın nəqlinin dayandırılması ilə də barışmalıdır. Heç bir dövlətin atdığı addım birmənalı dəyərləndirilmir. Ermənistan “İskəndəri” alarkən həm Rusiyanın siyasətinin digər tərəfini görməli idi. Ermənistan “İskəndər”in onun qonşularında yaratdığı effekti görməli idi.
Rusiyanın aydın şəkildə Dağlıq Qarabağ məsələsi istiqamətində praktiki addımlar atması, öz praktiki addımlarını verdiyi bəyanatlara yaxınlaşdırması göz qabağındadır. Rusiya Dağlıq Qarabağ məsələsində atdığı addımları verdiyi bəyanatlarla uyğunlaşdırdıqdan sonra Dağlıq Qarabağ məsələsinin siyasi-diplomatik tənzimlənməsi yolunda ciddi dəyişiklik baş verəcək.
Yaralı hərbçisini xaricə müalicəyə göndərə, silah ala bilməyən Ermənistan işğalçılığından da əl çəkmir.
Rəsmilər özləri artıq Ermənistanın düşdüyü vəziyyət haqda hər şeyi açıq danışırlar.
Ermənistanın Müdafiə Nazirliyi apreldə dörd günlük döyüş zamanı yaralanmış erməni hərbçisini xarici ölkəyə müalicəyə göndərə bilməməsi barədə geniş izah verdi. Amma bəlli oldu ki, səbəb çox sadədir: Ermənistanın aprel döyüşü zamanı yaralanmış, müalicəsi Ermənistanda mümkün olmayan hərbçisini xaricə göndərməyə pulu yoxdur.
2017-ci il üçün dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin artırılmamasını Ermənistanın yeni müdafiə naziri V.Sərkisyan rəsmən bildirdi. Milli valyuta olan dramın dollara nisbətən ucuzlaşmasını nəzərə alsaq, hərbi sahəyə ayrılan vəsait dollar ekvivalenti ilə keçən illə müqayisədə daha azalıb. Müdafiə naziri olan Vigen Sərkisyan Ermənistanın bu günkü vəziyyətinə birbaşa məsuliyyət daşıyan şəxslərdən biridir. Çünki o uzun müddət Ermənistan respublikasının prezident administrasiyasının rəhbəri olub.
Müdafiə naziri V. Sərkisyan orduya yeni silahlar da ala bilməyəcəklərini bəyan etdi. Əgər Ermənistan orduya yeni lazım olanları ala bilməyəcəksə bu Ermənistanın ordusunun geriləməsi anlamındadır. Ermənistan ordusu onsuz da bərbad gündədir.
Ermənistan rəhbərliyi vətəndaşları, xüsusilə gəncləri insan hesab eləmir. Onların fikrincə, erməni gənci dövlət tərəfindən heç bir qayğı görmədiyi, əvvəlki Qarabağ müharibəsində yaralanmış ermənilər bu gün ağır vəziyyətdə yaşadığı halda yenə də erməni gəncləri döyüşə atılmağa hazırdırlar. Əslində belə insan olmur. Belə ancaq robot ola bilər.
Bütün baş verənlər “erməni xarakterinin” fəaliyyətdə olduğunu göstərir. Pulu yox, ordusu bərbad gündə, əhalisi ac vəziyyətdə, amma işğalçılığından əl çəkmir. Miflərin əsarəti altında yaşayır. Bu, erməni xarakteridir. O “erməni xarakteri” ki, dəfələrlə erməni xalqını torpaqlarını dəyişməyə vadar edib. Ermənilərin Yaxın Şərq regionunda yaşamadığı ərazi demək olar ki, olmayıb. Söz yox sonradan bunlar hamısı yeni miflərin yaranmasına səbəb olub. Amma bu faktdır ki, erməni xalqı artıq gəzməkdən, çoxsaylı dövlətlərin ərazisində yaşamaqdan tükənib. Məhz bu gün erməni xalqının belə azsaylı olmasının səbəblərindən biri bəlkə də burasındadır. Bu gün də erməni xarakteri üzdədir. “Erməni xarakterinin” belə davranışı, rəhbərliyi o cümlədən indiki erməni xalqını, dövlətçiliyini hara aparacağı göz qabağındadır. Sanki beynəlxalq aləmdə dünya erməniliyinə, Ermənistana qarşı beynəlxalq xəyanət var. Bütün dünya ermənilərin xəyanətkarlığından, yalançılığından bezib. Hamı çalışır ki, ermənilər cəzalandırılsın. Ona görə də Ermənistanın düşdüyü vəziyyəti hamı görür, hamı şüurla, ağılla dərk edir ki, belə idarəçilik ola bilməz. Belə siyasət Ermənistan dövlətçiliyini iflasa aparır, erməni xalqını bu torpaqlardan qovulmasına çıxarıb aparır. Amma heç kəs erməni xalqının ağıllanmasına səy göstərmir.
Erməni xalqı özü hərəkətə başlamalıdır ki, başqaları da ona dəstək versin. Ermənistan dövlətçiliyi cəmi bircə müharibəyə bağlıdır.
İstənilən iri miqyaslı hərbi əməliyyat Ermənistanın dövlətçiliyini yer üzündən silə biləcək. O gün uzaqda deyil. Ola bilər, Azərbaycan ordusu Ermənistan dövlətçiliyini idarə olunan vəziyyətə salsın.
1news.az