Aslan Aslanov: Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Aslan Aslanov: Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu

18:12 - 17 / 11 / 2016
Aslan Aslanov: Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu

AZƏRTAC dünyanın nüfuzlu xəbər agentlikləri ilə səmərəli əlaqələr qurub. Biz həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.

1news.az-ın verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə müsahibəsində məlumat verən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində bir neçə ölkə, o cümlədən Avropada böyük nüfuza malik olan İspaniyanın EFE agentliyi ilə yeni əməkdaşlıq müqavilələri imzalanıb.

Agentliyin baş direktoru jurnalistləri beynəlxalq regional media qurumlarının yaranma tarixçəsi ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, ilk olaraq 1956-cı ildə Avropa Xəbər Agentlikləri Alyansı - EANA təsis edilib. Bundan beş il sonra UNESCO-nun təşəbbüsü ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), 1964-cü ildə isə Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) yaradılıb. Nəhayət, 2004-cü ildə Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə Moskvada Dünya Xəbər Agentliklərinin ilk Konqresi keçirilib. Bununla da dünyanın bütün informasiya agentliklərini və regional media təşkilatlarını öz ətrafında birləşdirən qurum fəaliyyətə başlayıb.

Dünya Xəbər Agentlikləri Konqresinin strukturu barədə danışan Baş direktor məlumat verib ki, üç il əvvəl, 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə AZƏRTAC növbəti tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb və Şura üzvlərinin əksəriyyətinin dəstəyini qazanaraq bu hüquqa yiyələnib.

“Dünən biz burada dünya mediasını düşündürən ciddi problemləri üç sessiyada müzakirə etdik və bu gün də müzakirələr davam edir. Eyni zamanda, konqresdə dünya mediasında yeri və nüfuzu olan peşəkarlar öz layihələrini təqdim edir, yeni təkliflər irəli sürürlər. V Konqresi bu baxımdan da səciyyəvi hesab etmək olar. Məsələn, Yaponiyanın xəbər agentliyi öz yeni layihəsi, Reuters yeni təklifləri ilə çıxış edib. Bunlar iştirakçılar üçün olduqca əhəmiyyətli və maraq kəsb edən çıxışlar oldu”, - deyə A.Aslanov vurğulayıb.

Baş direktor bildirib ki, müasir dünya mediası 20-30 il əvvəlki ənənəvi jurnalistikadan tamamilə fərqlənir. Reallıq odur ki, hazırda internet mediası, sosial şəbəkə dünya informasiya məkanında aparıcı mövqelərə çıxır, bütün istiqamətləri əlində cəmləşdirməyə can atır. Uzunmüddətli keçmişinə və ənənələrinə güvənən ənənəvi jurnalistika isə bəzən yeni dövrün reallığı ilə hesablaşmaq istəmir. Bu mübarizədə üstünlüyü qabaqcıl texnologiyalara, yeniliklərə hazır olan və bundan istifadə edən tərəf qazanacaq.

OANA barədə də məlumat verən agentliyin baş direktoru bildirib ki, bu təşkilat 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan ən böyük regional media qurumudur. Təşkilata 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. OANA-nın öz saytı var və onu idarə etmək AZƏRTAC-ın səlahiyyətinə keçir. Həmin sayta hər bir agentlik gün ərzində 10-15 xəbər yerləşdirə bilər və bu xəbərlər geniş auditoriyada yayılmaq imkanına malikdir.

1news.az

Paylaş:
468

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər