OPEK-in baş katibi: Ucuzqiymətli neft dövru bitir
Neft İxracatı Ölkələri Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo ucuzqiymətli neft dövrunun sonuncu mərhələdə olduğunu düşünür.
1news.az-ın verdiyi məlumata əsasən, kartelin rəhbəri bu fikri Karakasda Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşdən sonra səsləndirib.
“Prezident Maduronun qeyd etdiyi kimi, biz 50-60 ildı ucuzqiymətli neftin ən pis dövrünün şahidi olduq, lakin, ola bilsin ki biz bu dövrün sonundayıq”, - deyə Barkindo bildirib.
Onun sözlərinə görə, neft hasil edən bütün ölkələr karbohidratların qiymətinin ucuzlaşması ilə bağlı mənfi təsiri öz üzərində hiss ediblər.
O, həmçinin Maduroya “neft bazarının güclənməsi prosesinə” etdiyi töhfəyə görə təşəkkür edib.
Xatırladaq ki, sentyabrın sonunda OPEK üzvləri Əlcəzairdə n eft hasilatının sutkada 32,5-33 milyon barrelədək məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər.
Bu isə öz növbəsində qiymətlərin qalxmasına səbəb olub: Brent markalı neftin qiymətləri $46,5-dan $48,5-dək qalxıb.
Əlcəzair razılaşmalarının bərkidilməsi üçün xususi komissiya yaradılıb.
OPEK qərarının səsləndiriləcəyi, yekun görüş noyabrın 30 Vyanada (Avstriya) baş tutacaq.
1news.az