Vüqar Bayramov: 3 otaqlı sosial mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Bayramov: 3 otaqlı sosial mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır

13:25 - 18 / 11 / 2016
Vüqar Bayramov: 3 otaqlı sosial mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır

Gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlanıla bilər.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda öz facebook səhifəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat elmləri doktoru Vüqar Bayramov bildirib.

“Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanı ilə ölkəmizdə gələn ilin mayın 1-dək “güzəştli mənzil” sistemi yaradılacaq. Bu fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Çünki, sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur.

Bütövlükdə, sözügedən sənəddə nələr nəzərdə tutulur və sosial evlər hansı şərtlər ilə təklif ediləcək? Əvvəlla, fərman “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur”, - deyə mütəxəssis qeyd edib.

Onun fikrincə, bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsi ilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər.

“İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlar ilə tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək. Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq. Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir. Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin. Yeddincisi, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək.

Qeyd etmək lazımdır ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək”, - deyə V.Bayramov vurğulayıb.

1news.az

Paylaş:
4786

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər