Qeyri-sabit hava şəraiti davam edir: dağlıq və dağətəyi rayonlara qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-sabit hava şəraiti davam edir: dağlıq və dağətəyi rayonlara qar yağıb

10:52 - 18 / 11 / 2016
Qeyri-sabit hava şəraiti davam edir: dağlıq və dağətəyi rayonlara qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış  yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.

1news.az

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər