Ölmüş şəxsin imzası saxtalaşdırılaraq onun adına olan mənzil satılıb
Azərbaycanda ölmüş şəxsin imzasını saxtalaşdırmaqla mərhumun adına olan mənzilin satılması faktı qeydə alınıb.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənzillərdən birini 19000 manata satması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
573