Amerikalı tədqiqatçı “Təməl”in qonağı olub - VİDEO
Təhsil TV-nin “Təməl” verilişinin bu dəfəki qonağı beynəlxalq nüfuzlu tədqiqatçı Bill Martin olub.
1news.az xəbər verir ki, Bill Martin 17-18 noyabr tarixlərində Bakıda keçirilən “Təlim keyfiyyətinin yüksəldilməsi” beynəlxalq konfransının əsas məruzəçisi qismindən də çıxış edib.
B.Martin verilişdə təhsillə bağlı bir sıra maraqlı sualları cavablandırıb və müasir metodika ilə bağlı vacib məlumatları açıqlayıb.
Konfrans Azərbaycan Müəllim İnkişaf Mərkəzi tərəfindən təşkil edilib.
Qeyd edək ki, 2013-cü ildən bəri 6 ölkədə 180-dən çox məktəbdə çalışmış Bill Martinin dünya miqyaslı təhsilşünas Con Edvardsla birgə yazdığı yeni nəşr olunan “Uğura nail olan məktəblər” kitabı dəyərli tədqiqat kimi məşhurdur.
1news.az