Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilib - FOTO

13:31 - 22 / 11 / 2016
Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilib  - FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minilliyin Layihəsinin Azərbaycan nümayəndəliyinin tərəfdaş olduğu «Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış» adlı layihəsi çərçivəsində Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilib.  

1news.az-a AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, «Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış» layihəsi çərçivəsində  Azərbaycan Texniki  Universitetinin SABAH qrupları üçün nəzərdə tutulmuş konfransı AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov açıq elan etdi və tədbir iştirakçılarına uğurlar arzu etdi. Digər çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə  gələcəyin araşdırılmasının vacibliyinə və “SABAH” qruplarında təhsil alan tələbələrin proqnozlaşdırma üzrə xüsusi tədqiqatlara cəlb edilməsi və məhz yaxın və orta gələcəyin görüntüləri üzərində qurulmasına diqqəti çəkdi.

Konfransın davamında Minilliyin Layihəsinin direktoru Cerom Qlenın məruzəsi dinlənildi. Sonra Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin tələbələr tərəfindən seçilmış  nümayandəsi çıxışını təqdim etdi.

Konfransın sonunda "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri, Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspert şurasının üzvü  Fərid İsmayılzadənin məruzəsi dinlənildi. Konfrans öz işini tədbirdə iştirak edən ekspertlərə və SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə suallarla yekunlaşdırdı.

«Gələcəyin mütəxəssisləri  Azərbaycan 2025 - Gələcəyə baxış” layihəsinin  məqsədi Minilliyin Layihəsinin təmsilçiləri, dünya səviyyəli strateji proqnozlaşdırma üzrə ekspertlərlə fikir mübadiləsi və müzakirələrin  köməyilə tələbələr tərəfindən Azərbaycanın inkişafı mövzusunda yeni təklifləri və konsepsiyaları müəyyən edilmişdir.  Layihə 11 noyabr  2016-cı il Azərbaycan  Dövlət İqtisad Universitetində (UNEC), 16 noyabr Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və 21 noyabr Azərbaycan Texniki Universitetində SABAH qrupları üçün elmi-praktiki konfranslar həyata keçirib.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTOBu gün, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİBBu gün, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56
Bütün xəbərlər