Fərid Əyyar: Konqres Azərbaycanın dünyaya tanıdılması baxımından da bir fürsət oldu | 1news.az | Xəbərlər
Siyasət

Fərid Əyyar: Konqres Azərbaycanın dünyaya tanıdılması baxımından da bir fürsət oldu

15:34 - 22 / 11 / 2016
Fərid Əyyar: Konqres Azərbaycanın dünyaya tanıdılması baxımından da bir fürsət oldu

Dünya Xəbər Agentliklərinin V Konqresinin yüksək səviyyədə keçirilməsi üçün böyük işlər görülüb. Mən Bakı Konqresinə hazırlıqla bağlı Şura iclaslarında da iştirak etmişəm və Azərbaycan tərəfinin göstərdiyi səylərin şəxsən şahidiyəm.

Bu fikirləri Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar deyib. O bildirib ki, dünyanın bütün qitələrindən media nümayəndələrinin təmsil olunduğu bu beynəlxalq tədbirdə çox aktual məsələlər müzakirə edildi. Medianın üzləşdiyi problemlərin həlli yolları ilə bağlı faydalı fikir mübadilələri aparıldı. Bu müzakirələr çox səmərəli nəticələr verəcək.

FANA-nın baş katibi vurğulayıb ki, Konqresin və OANA-nın XVI Baş Assambleyasının Şərqlə Qərbin qovuşuğunda yerləşən, multikulturalizm məkanı olan Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda daha yaxından tanıdılması baxımından da bir fürsət oldu. Bu tədbirlərdə təmsil olunan nüfuza media qurumlarının diqqəti üç gün ərzində Azərbaycana yönəldi. Onlar Azərbaycanla bağlı reallıqları birbaşa dövlət başçısı İlham Əliyevin öz dilindən eşitdilər. Bunlar çox vacib məsələlərdir.

Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini diqqətə çatdıran Fərid Əyyar bildirib ki, Bakı artıq beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən biri kimi tanınır.

Bakıya əvvəllər də səfər etdiyini xatırladan baş katib burada yüksək qonaqpərvərliyin şahidi olduğunu söyləyib.

AZƏRTAC

Paylaş:
569

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər