Nizami Kino Mərkəzində “Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami Kino Mərkəzində “Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi olacaq

17:52 - 22 / 11 / 2016
Nizami Kino Mərkəzində “Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi olacaq

Noyabrın  22-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyinin Baş Kino şöbəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin,  TİKA agentliyinin, Yunus Əmrə cəmiyyətinin  təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Türk  Filimləri Həftəsi –Bakı”nın açılış mərasimi  keçiriləcək.

Açılış mərasimində  Türkiyə səfirliyinin və türk kinematoqrafiyasının  nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin  rəsmi hisssindən sonra “Kalandar Soğuğu” bədii filmi nümayiş olunacaq.

Xatırladaq ki,  Film  Həftəsi  ərzində   noyabrın  23-də saat   15:10 “Kalandar Soğuğu”, 20:10 “Deliormanlı”, noyabrın 24-də saat 15:00-da “Son Mektup”,19:30-da “Birleşen Yollar”, noyabrın 25-də saat 15:00-da  “Birleşen Yollar”, 19-30-da rejissor Ahmet Sönmezin  “Elveda Katya” və  noyabrın  26-da  saat 15:00 rejissor Özhan Erenin “ Son Mektup” bədii filmləri  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

1news.az

Paylaş:
1028

Son xəbərlər

Bütün xəbərlər