Eldar Mahmudovun oğlunun biznes şərikinin cinayət işinin istintaqı dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Mahmudovun oğlunun biznes şərikinin cinayət işinin istintaqı dayandırılıb

18:11 - 22 / 11 / 2016
Eldar Mahmudovun oğlunun biznes şərikinin cinayət işinin istintaqı dayandırılıb

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, icraatın dayandırılması barədə qərar A. Kərimov axtarışa verildiyi üçün çıxarılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Qeyd edək ki, “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

RYTN-nin keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin  312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

A. Kərimov həbs olunmadığı üçün barəsində olan cinayət işi ümumi cinayət işindən ayrılaraq ayrı icraata verilib.

1news.az

Paylaş:
563

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər