Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən atlayaraq intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən atlayaraq intihar edib

18:42 - 22 / 11 / 2016
Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən atlayaraq intihar edib

Bakıda 9-cu sinif şagirdi intihar edib.

1news.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 72 ünvanında qeydə alınıb.

Belə ki, 2002-ci il təvvəllüdlü Sara Sadıqlı özünü binanın 10-cu mərtəbəsindən yerə atıb. S.Sadıqlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Şagirdin intihar etməsinin səbəbləri araşdırılır.

1news.az

Paylaş:
1458

Son xəbərlər

Bütün xəbərlər